Avropanın hərbiləşdirilməsi ilə bağlı avropalı liderlərin bəyanatlarına Rusiyanın cavabı özünü çox gözlətməyəcək.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Konfransının plenar iclasında deyib.
"Məsələn, Almaniyada deyirlər ki, alman ordusu yenidən Avropanın ən güclü ordusu olmalıdır. Yaxşı... Biz onların nə demək istədiyini diqqətlə dinləyirik. Düşünürəm ki, heç kim Rusiyanın cavabının özünü çox gözlətməyəcəyinə şübhə etmir", - Putin bildirib.