EN

“Qalatasaray” mənim üçün dünyanın ən yaxşı komandasıdır”

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen UEFA Çempionlar Liqasının 2-ci turunda “Liverpul” üzərində 1:0 hesablı qələbə ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az “goal.com”-a istinadən xəbər verir ki, nigeriyalı forvard xarakter göstərdiklərini bildirib:

“Komandamızı bu qələbə münasibətilə təbrik edirəm. Qarşıda çox güclü rəqib vardı və şanslar bizim tərəfimizdə görünmürdü. Amma xarakter göstərdik və nəticə əldə etdik.

Mən üç həftə oyunlardan kənarda qalmışdım, amma “Qalatasaray” mənim üçün dünyanın ən yaxşı komandasıdır.

Azarkeşlərin adımı səsləndirməsi mənə əlavə güc verir və meydanda daha yaxşı çıxış etməyimə kömək edir”.

Osimhen oyunda 72 dəqiqə oynayıb və komandasının yeganə qolunu penaltidən vurub. “Qalatasaray” onu yayda “Napoli”dən 75 milyon avro qarşılığında transfer edib. Onunla müqavilənin müddəti 4 il nəzərdə tutulub.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Chosen
7
sportinfo.az

1Sources