EN

Putin keşiş kimi danışdı: “Dünyada hamıya nə etməyi diktə edəcək güc yoxdur və olmayacaq”

"Dəmir çomağa qarşı çarə yoxdur" - Kremlin rəhbəri adını başqasına qoyur

Musavat.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bu gün Soçidə keçirilən Valday Beynəlxalq Diskussiya Klubunun iclasında çıxış edib.

Putin bəyan edib ki, dünyada heç bir qüvvə bütün xalqlara nə etməyi diktə edə bilməz:
"Heç vaxt və heç bir qüvvə bu səlahiyyətə sahib olmayacaq. Kim belə iddia ilə çıxış edirsə, sadəcə reallığı dərk etmir".

Daha sonra o, məşhur rus deyimini işlədərək, güc balansının labüdlüyünə işarə edib:
"Dəmir çomağa qarşı çarə yoxdur".

Bu ifadə ilə Kreml rəhbəri göstərmək istəyib ki, beynəlxalq münasibətlərdə güc tətbiq olunursa, yalnız güc vasitəsi ilə cavab verilə bilər. Onun sözlərinə görə, dünya nizamında hər bir qüdrətin öz həddi var və heç bir dövlət "sonsuz hakimiyyət" sahibi ola bilməz.

Kremlin mətbuat xidməti Putinin bu çıxışını "konseptual və proqram xarakterli" adlandırıb. Rusiya mediası yazır ki, Valdaydakı tezislər yaxın illərdə Moskvanın xarici siyasət xəttinin əsas istiqamətlərini müəyyənləşdirəcək.

Beynəlxalq nəşrlər isə Putinin sözlərini Qərbə ünvanlanmış növbəti xəbərdarlıq kimi qiymətləndirir. "EADaily" yazır ki, bu nitq "dünya miqyasında müzakirə ediləcək qədər ciddi mesajlar" ehtiva edir. ABŞ və Avropa mətbuatı isə Putinin "dünyanın çoxqütblü gələcəyini təsdiqləmək istədiyini" vurğulayıb.

Putinin Valday çıxışının diqqətçəkən tərəfi yalnız Qərb tənqidi deyil, həm də güc konsepsiyasının açıq şəkildə etirafıdır. Rusiya lideri artıq uzun illərdir ki, beynəlxalq hüququn ikinci plana keçdiyini və "güc balansı" prinsipinin əsas şərt olduğunu bildirir.

Bu, əslində, Qərbin sanksiyalar və təzyiqlərlə Rusiyanı sıxışdırmaq cəhdlərinə qarşı verilmiş mesajdır. "Dəmir çomağa qarşı yalnız dəmir çomaq" tezisi Moskvadan Qərbə yönəlik açıq siqnaldır: Rusiya gücə qarşı güc tətbiq etməyə hazırdır.

Putinin bu çıxışı həm də ona görə heyrət doğurur ki, Rusiya prezidenti adını başqasına qoyur. Savaş başladan, müharibələr aparan, Ukraynanı qanına bələyən. avropaya qorxu saçan. Azərbaycanı təhdid edən o, indi durub keşiş kimi ədalətdın danışır...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
16
1
olaylar.az

2Sources