Sumqayıtda 16 yaşlı yeniyetmə bıçaqlanıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.
Bıçaqlanan şəxs 2009-cu il təvəllüdlü Əzimzadə Nicat Rauf oğlu (ad-soyad şərti) oğludur.
Onu bıçaqlamaqda həmyaşıdı, Əsədov Ramin Rauf oğlu (ad-soyad şərti) şübhəli bilinir.
İlkin məlumata görə, hadisə yeniyetmələr arasındakı mübahisədən sonra baş verib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
"Cebheinfo.az"