AZ

Sumqayıtda yeniyetmə bıçaqlandı

Sumqayıtda 16 yaşlı yeniyetmə bıçaqlanıb.

“Ölkə.az” xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.

Bıçaqlanan şəxs 2009-cu il təvəllüdlü Əzimzadə Nicat Rauf oğlu (ad-soyad şərti) oğludur.

Onu bıçaqlamaqda həmyaşıdı, Əsədov Ramin Rauf oğlu (ad-soyad şərti) şübhəli bilinir.

İlkin məlumata görə, hadisə yeniyetmələr arasındakı mübahisədən sonra baş verib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Seçilən
7
6
olke.az

7Mənbələr