EN

Keto pəhrizi depressiya əlamətlərini 70% azaldır

Ohayo Dövlət Universitetinin alimləri araşdırıblar ki, 10-12 həftə ərzində ketogenik pəhrizə riayət etmək depressiya əlamətlərini əhəmiyyətli dərəcədə azalda bilər.

Busaat.az xəbər verir ki, tədqiqat “Translational Psychiatry” jurnalında dərc olunub.

Təcrübədə depressiv pozğunluq diaqnozu qoyulmuş 24 tələbə iştirak etdi, onlardan 16-sı proqramı tamamladı. Onların hamısı standart müalicə-məsləhət və ya dərman almağa davam etdilər və əlavə olaraq diqqətlə hazırlanmış aşağı karbohidratlı pəhrizə riayət etdilər (gündə 50 qramdan az karbohidrat, orta miqdarda protein və zeytun yağı, qoz-fındıq və balıq kimi sağlam yağlar”.

Alimlər qeyd edirlər ki, təsir təkcə kilo itkisi və ya qanda keton səviyyəsinin artması ilə izah olunmur: pəhrizin əhval-ruhiyyəyə müsbət təsiri daha mürəkkəb metabolik proseslərlə, o cümlədən iltihabın azalması və enerji mübadiləsinin yaxşılaşması ilə əlaqələndirilə bilər.

Yeganə

Chosen
51
busaat.az

1Sources