EN

"Bolt" kartla ödənişdən imtina edən sürücüləri işdən çıxarır?

Azərbaycanda fəaliyyət göstərən "Bolt" taksi şirkəti ödəniş üsulu kartla olan sifarişlərin sürücülər tərəfindən əsassız şəkildə ləğv edilməsinin qarşısını almaq məqsədilə müəyyən tədbirlər görməyə başlayıb.

Sosial şəbəkələrdə yayılan paylaşımlara əsasən, şirkət bu cür hallarla bağlı sürücülərə cərimələr tətbiq edir. İddialara görə, kart ödənişli sifarişləri qəbul etdikdən sonra onları ləğv edən sürücülərin hesabına müəyyən məbləğdə cərimə yazılır. Şirkətin bu addımı müştəri məmnuniyyətini artırmaq və platformanın sabit fəaliyyətini təmin etmək məqsədi daşıyır.

Həmçinin paylaşımlarda qeyd edilib ki, sürücülərin balanslarında birdən-birə mənfi məbləğ yaranıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı "Bolt" taksi şirkətindən "Trend"ə bildirildiyinə görə, sürücü tərəfindən səfərin kart ödənişi olduğu üçün ləğv edilməsi qəbulolunmazdır.

Bildirilir ki, bu kimi hallarda sərnişindən tətbiq vasitəsilə şikayət etməsi xahiş olunur: "Bolt"un dəstək xidməti məsələni araşdırır və təsdiqləndiyi halda, sürücü ilə kommunikasiya qurulur və lazımi tədbirlər görülür".

Qeyd edilib ki, hazırda sürücülərin bank kartı sifarişlərini rədd etmək üçün heç bir əsaslı və haqlı səbəbləri yoxdur:

"Sürücülər "Bolt" platforması üzərindən qazandıqları vəsaiti gündəlik olaraq bank kartı vasitəsilə əldə edə bilərlər. Sürücü tərəfindən kartla sifarişlərin rəddi kimi hal baş verdikdə və araşdırma nəticəsində təsdiqləndikdə, "Bolt"un şərtlər və qaydalarına uyğun olaraq, belə hallarda hər bir imtinaya görə 50 AZN-ə qədər maliyyə sanksiyası tətbiq edilə bilər. Həmin pozuntu təkrarlanarsa, sürücünün "Bolt" xidmətlərindən istifadə hüququnun məhdudlaşdırılması da (bloklanma) mümkündür", - qurumdan əlavə olunub.

Chosen
16
10
far.az

10Sources