Oktyabrın 4-də final mərhələsi 2026-cı ildə təşkil olunacaq voleybol üzrə qadınlar arasında Avropa çempionatının püşkatma mərasimi keçiriləcək.
Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasından (AVF) məlumat verilib.
Püşkatma mərasimi şənbə günü Bari şəhərində baş tutacaq. Tədbirdə AVF-nin İdarə Heyətinin üzvü Elqar Bağırov və millinin voleybolçusu Ayşən Abduləzimova iştirak edəcəklər.
Yarışın biletləri bu il noyabrın 7-də satışa çıxacaq.
Avropa çempionatı 2026-cı ildə 21 avqust – 6 sentyabr tarixlərində keçiriləcək. Oyunlar Bakı (Azərbaycan), İstanbul (Türkiyə), Brno (Çexiya) və Höteborq (İsveç) şəhərlərində baş tutacaq.