Türkiyənin Bartın şəhərində "Organize Sənaye Bölgəsi"ndə yerləşən rezin fabrikasında yeni alınmış avadanlıqdan yayılan qazdan 32 işçizəhərlənib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, xəstəxanaya yerləşdirilən 32 nəfərdən 26-sı müalicədən sonra evə buraxılıb, 6 işçinin müalicəsi isə davam edir.
Qeyd edilib ki, saat 16:00–24:00 növbəsi zamanı yeni alınmış avadanlığın işə salınması nəticəsində qaz sızması baş verib.
İşçilər ürəkbulanma, qusma və baş ağrısı kimi şikayətlərlə təcili yardım və şəxsi nəqliyyat vasitələri ilə şəhər xəstəxanalarına aparılıb.