EN

Britaniyanın Mİ6 kəşfiyyat xidmətinin rəhbəri ilk dəfə qadın oldu

BAKI, 3 oktyabr. TELEQRAF

Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidmətinə (MI6) ilk dəfə olaraq qadın rəhbər təyin edilib.

Teleqraf xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb

Bu posta 48 yaşlı Bleyz Metrivelli gətirilib. Metrivelli MI6 tarixində 18-ci və eyni zamanda ən gənc rəhbər olub. O, 1999-cu ildən kəşfiyyat orqanında çalışır, fəaliyyətinin böyük hissəsini Yaxın Şərqdə keçirib və ərəb dilini sərbəst bilir. Bununla yanaşı, Rusiya mövzusu üzrə də yüksək peşəkarlığa malikdir.

Məlumata görə, yeni rəhbər Yaxın Şərqdə Britaniyanın təsirinin bərpasına diqqət ayıracaq. O həmçinin sosial şəbəkələrdən istifadə etməklə MI6-nı daha açıq və şəffaf quruma çevirməyi hədəfləyir.

Chosen
29
1
teleqraf.com

2Sources