EN

Taksidə yolpulunu kartla ödəyənlərə şad xəbər

Azərbaycanda fəaliyyət göstərən taksi platforması Bolt sürücülərin bank kartı ilə ödəniş zamanı sifarişləri əsassız ləğv etməsinin qarşısını almaq üçün yeni tədbirlər görməyə başlayıb.

Şirkət sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirərək bildirib ki, bu səbəbdən səfəri ləğv etmək qəbuledilməzdir və belə hallarda sürücülərə qarşı maliyyə sanksiyaları tətbiq oluna bilər.

Bolt-un cavabında qeyd olunub ki, sərnişinlər bu cür hallarla bağlı tətbiq vasitəsilə şikayət edə bilərlər. Şikayət təsdiqlənərsə, sürücü ilə əlaqə saxlanılır və tədbir görülür.

Şirkət əlavə edib ki, sürücülərin kart ödənişlərini qəbul etməməsi üçün heç bir əsas yoxdur.

Hər bir imtina halına görə 50 manatadək cərimə tətbiq oluna bilər, təkrarlanacağı halda isə sürücünün hesabı məhdudlaşdırıla və ya bloklanacaq.

N.Təbrizli

Chosen
9
1
anews.az

2Sources