EN

Avropa Parlamenti rəhbəri Bakı ilə Yerevan arasındakı razılaşmanı alqışlayıb

Avropa Parlamenti Prezidenti Roberta Metsola Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanı alqışlayaraq, bunun davamlı sülh üçün real perspektivlər açdığını bildirib.

Metsola bu barədə Kopenhagendə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra “X” sosial şəbəkəsində paylaşım edib.

“Əla görüşümüz oldu. Mən Ermənistan və Azərbaycan arasında sülh üçün real ümid verən razılaşmanı salamladım, eləcə də Ermənistanın Avropa ilə əlaqələri gücləndirmək və ortaq dəyərlərimizi – demokratiya, sabitlik və rifahı – irəli aparmaq öhdəliyini yüksək qiymətləndirdim”, – Metsola yazıb.

N.Təbrizli

Chosen
10
anews.az

1Sources