EN

Tramp narkotik kartelləri ilə silahlı münaqişə elan etdi

ABŞ prezidenti Donald Tramp ölkəni narkotik kartelləri ilə silahlı münaqişə vəziyyətində elan edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ liderinin Konqresə bildirişini nəzərdən keçirən The New York Times (NYT) yazıb.

Qəzetin yazdığına görə, narkotik kartellərinə qarşı kampaniyanın yeni statusu Karib hövzəsində gəmilərə əvvəlki zərbələrin hüquqi əsaslandırılmasını nəzərdə tutur.

Tramp bəyan edib ki, kartel nümayəndələrinin hərəkətləri ABŞ-a silahlı hücum, qaçaqmalçılar isə qeyri-qanuni döyüşçülər hesab olunacaq.

Chosen
8
ucnoqta.az

1Sources