EN

Ukrayna döyüş şəraitində sınaqdan keçirilmiş PUA texnologiyalarını ABŞ ilə paylaşacaq

Razılaşmanın dəyəri milyardlarla dollar ola bilər...

Poliqon xəbər verir ki, Ukrayna hakimiyyəti ABŞ ilə pilotsuz uçuş aparatlarının (PUA) hazırlanması üzrə texnologiyaların ötürülməsini nəzərdə tutan müqavilə üzərində işləyir. The Wall Street Journal-ın yazdığına görə, sövdələşmə çərçivəsində Kiyev tərəfi texnologiyaları təqdim edəcək, qarşılığında isə ABŞ Ukraynaya “royalti və ya digər kompensasiya formaları” ödəyəcək.

Ukraynanın üstünlüyü onun döyüşlərdə sınanmış və kütləvi istehsal üçün münasib olan PUA istehsalı təcrübəsinə malik olmasıdır. ABŞ şirkətləri daha mürəkkəb və yüksək texnologiyalı dronlar istehsal etsə də, ukraynalı mütəxəssislər ucuz, lakin effektiv dronların geniş miqyasda istehsalı ilə seçilirlər. Bu da Ukraynanın tərəfdaşlıqda mühüm rolunu artırır.

Məlumata görə, Ukraynanın müdafiə nazirinin müavini Sergey Boevin rəhbərlik etdiyi ekspertlər qrupu artıq Vaşinqtonda Pentaqon və Dövlət Departamentinin nümayəndələri ilə “bir neçə günlük danışıqlara” başlayıb. ABŞ hökumətinin rəsmisi bildirib ki, detallı müqavilənin yekunlaşdırılması aylarla vaxt apara bilər. Müqavilənin ümumi dəyərinin isə milyardlarla dollar səviyyəsində olacağı ehtimal edilir.

Bu razılaşma həm Ukraynanın müdafiə sənayesinin gələcək inkişafına, həm də ABŞ-ın kütləvi istehsal üçün effektiv PUA texnologiyalarına çıxış əldə etməsinə şərait yaradacaq. Ekspertlər hesab edirlər ki, sövdələşmə Qərbin Ukraynaya dəstəyinin yeni mərhələsini ifadə edir.

Poliqon.info

Chosen
15
poliqon.info

1Sources