Beynəlxalq Futbol Federasiyası (FİFA) 2026-cı ildə keçiriləcək dünya çempionatının rəsmi topunu təqdim edib.
“İki sahil” xarici mətbuata istinadən xəbər verir ki, yarış üç ölkədə keçiriləcək: ABŞ, Kanada və Meksika.
Dizaynda üç rəng istifadə olunur - qırmızı, mavi və yaşıl, yarışların ev sahibi ölkələri simvolizə edir. Topun adı "TRİONDA"-dır.
2026-cı ilin dünya çempionatında 48 milli komanda iştirak edəcək və hər biri dörd milli komandadan ibarət 12 qrupa bölünəcəkdir. Dünya çempionatının pley-off mərhələsində ilk iki yeri tutan iştirakçılar, eləcə də üçüncü yeri tutan ən yaxşı səkkiz komanda yer alacaq. Bundan əlavə, 2026-cı ilin dünya çempionatında yeni mərhələ-1/16 final əlavə olunacaq.