AZ

FIFA DÇ-2026-nın rəsmi topunu təqdim edib

Beynəlxalq Futbol Federasiyası (FİFA) 2026-cı ildə keçiriləcək dünya çempionatının rəsmi topunu təqdim edib.

Bu barədə Operativ Media xarici mətbuata istinadən xəbər verir.

Yarış üç ölkədə keçiriləcək: ABŞ, Kanada və Meksika.

Dizaynda üç rəng istifadə olunur - qırmızı, mavi və yaşıl, yarışların ev sahibi ölkələri simvolizə edir. Topun adı "TRİONDA"-dır.

2026-cı ilin dünya çempionatında 48 milli komanda iştirak edəcək və hər biri dörd milli komandadan ibarət 12 qrupa bölünəcəkdir. Dünya çempionatının pley-off mərhələsində ilk iki yeri tutan iştirakçılar, eləcə də üçüncü yeri tutan ən yaxşı səkkiz komanda yer alacaq. Bundan əlavə, 2026-cı ilin dünya çempionatında yeni mərhələ-1/16 final əlavə olunacaq.

Seçilən
25
5
operativmedia.az

8Mənbələr