EN

FİFA prezidentindən Azərbaycana təbrik MESAJI


FIFA prezidenti Canni İnfantino instaqramdakı hesabında Azərbaycan və Özbəkistanın 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcəyi ilə bağlı paylaşım edib. O paylaşımında yazıb: "FİFA Şurasının Sürixdə keçirilən bugünkü iclası dünya futbolu üçün irəliyə doğru daha bir addım atdı. FİFA Şurası Azərbaycan və Özbəkistanı 2027-ci il FIFA U-20 Dünya Çempionatının ev sahibi təyin edib və Londonu 2026-cı ildə keçiriləcək Qadınlararası Çempionlar Kubokunun ilk final mərhələsinə ev sahibliyi edəcək ölkə kimi təsdiqləyib. Bu görüşdə biz futbolun sülh və birlik vasitəsi kimi rolunu bir daha təsdiqlədik. FİFA Şurasının 2027-ci il U-20 Dünya Çempionatına ev sahibliyi etmək üçün Azərbaycan və Özbəkistanı seçdiyini bildirməkdən məmnunam. Bu tarixi turnir Avropa və Asiyanı birləşdirəcək, idmanımızın ən parlaq gənc istedadını nümayiş etdirəcək. Mən hər iki ölkəni təbrik edirəm və 2027-ci ildə FİFA-nın iki assosiasiyasının birgə ev sahibliyi edəcəyi ilk turniri səbirsizliklə gözləyirəm", - o qeyd edib.

Mətləb

Chosen
13
15
baki-xeber.com

10Sources