EN

Tramp: “ABŞ silahlı münaqişənin içindədir”

ABŞ prezidenti Donald Tramp ölkəsinin narkotik kartelləri ilə faktiki silahlı münaqişə vəziyyətində olduğunu bəyan edib.

Editor.az xəbər verir ki, Trampın sözlərinə görə, ABŞ hökuməti narkotik kartellərini terror təşkilatları kimi tanıyır və onların üzvlərini “qanunsuz döyüşçülər” hesab edir.

Məlumata görə, oktyabrın 3-də ABŞ senatorları Pentaqondan Karib hövzəsində narkotik ticarətinə qarşı həyata keçirildiyi iddia edilən hərbi əməliyyatlarla bağlı əsaslı məlumat təqdim olunmasını tələb ediblər. Müdafiə Nazirliyinin baş prokuroru isə oktyabrın 1-də Senatın Silahlı Qüvvələr Komitəsində qapalı brifinq zamanı Karib dənizində gəmilərə hücumların səbəblərini izah edib və Trampın bəzi Latın Amerikası kartellərini xarici terror təşkilatı kimi tanıdığını diqqətə çatdırıb.

Xatırladaq ki, Reuters sentyabrın 5-də ABŞ-ın Karib dənizinin cənubundakı kartellərlə mübarizə məqsədilə Puerto-Rikoya 10 ədəd F-35 qırıcı təyyarəsi göndərdiyini yazmışdı. Ertəsi gün isə CNN Tramp administrasiyasının Venesuelada fəaliyyət göstərən narkotik kartellərinə qarşı hərbi əməliyyat imkanlarını araşdırdığını, Pentaqonun isə son həftələrdə bölgəyə “əhəmiyyətli hərbi qüvvələr” yerləşdirdiyini bildirmişdi.

// Gülnarə Abasova, Editor.az

Chosen
28
22
editor.az

10Sources