AZ

ABŞ hərbi təyyarələri havaya qalxdı – Venesuela həyəcan keçirdi

ABŞ hərbi təyyarələri Karib dənizi bölgəsində kəşfiyyat uçuşlarına başlayıb. Bu xəbər Venesuela hökumətini narahat edib.

Nws24.az xəbər verir ki, Venesuela Müdafiə Naziri Vladimir Padrino Lopez deyib ki, ABŞ təyyarələri və tanker təyyarələri hər gün uçur və avqust ayında onların kəşfiyyat əməliyyatları üç dəfə artıb. O, ABŞ-nin uçuş planlarını əvvəlcədən bildirmədiyini və bu səbəbdən hava qəzalarından narahat olduqlarını deyib. Lopez vurğulayıb ki, Silahlı Qüvvələr hər vəziyyətə hazırdır.

Müdafiə Naziri əlavə edib ki, ABŞ təyyarələrinin məqsədi kəşfiyyat toplamaqdır və onlar Karibdə yerləşərək müharibəyə hazır olduqlarını göstərir.

O, həmçinin ölkədəki milis qüvvələrinin hər həftə təlim keçdiyini və ABŞ-nin mümkün hücumuna qarşı hazır olduğunu bildirib.

Bundan əvvəl ABŞ Venesuela sahillərinə üç hərbi gəmi göndərib: USS Gravely, USS Jason Dunham və USS Sampson. Maduro isə 4,5 milyonluq milis qüvvəsini səfərbər edib və hər hansı hücumu dəf etməyə hazır olduğunu açıqlayıb.

ABŞ Müdafiə Naziri Pit Hegseth isə ordunun Venesuelada rejim dəyişikliyi əməliyyatına hazır olduğunu deyib.

Xeyrənsə Piriyeva

Seçilən
38
1
news24.az

2Mənbələr