Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin son satış qiyməti bəlli olub.
Operativ Media birjalara istinadən xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,1 ABŞ dolları, yaxud 1,58 % azalaraq 68,51 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, "Azeri Light" markalı neftin əvvəlki qiyməti 69,61 ABŞ dolları təşkil edib.