BAKI, 3 oktyabr. TELEQRAF
Bu gün Bakıda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi-nin təşkilatçılığı iləII Milli Rəqabət Forumu işə başlayıb.
Teleqraf xəbər verir ki, Forumda dövlət qurumlarının təmsilçiləri, özəl sektor nümayəndələri və müstəqil ekspertlər iştirak edirlər.
Tədbir çərçivəsində Müasir rəqabət çağırışları və dəyişən siyasət: Rəqabət siyasətinin iqtisadi inkişafda rolu mövzusunda panel müzakirəsi keçiriləcək.
Həmçinin Təbii inhisarların tənzimlənməsi: Rəqabət və ictimai maraqlar mövzusu üzrə də panel müzakirəsi təşkil olunacaq.