EN

Bu gün Biləcəridə işıq olmayacaq - XƏBƏRDARLIQ


Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 3 oktyabr tarixində Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 6 kV-luq hava xəttində təmir-təftiş işləri aparılacaq. Bu barədə "Azərişıq" ASC-yə istinadən xəbər verir.
Məlumata görə, bununla əlaqədar saat 10:00-dan saat 16:00-dək Biləcəri qəsəbəsinin bəzi hissələrində, Söyüdlər adlanan ərazidə və yeni yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-təftiş işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Mətləb

Chosen
16
25
baki-xeber.com

10Sources