EN

Polşada Ukrayna Silahlı Qüvvələri üçün ən iri təlim mərkəzi açılıb

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Polşada ukraynalı hərbçilərin hazırlanması üçün ən böyük təlim mərkəzi açılıb.

APA xəbər verir ki, bu barədə məlumatı Ukrayna müdafiə nazirliyi yayıb.

Məlumata görə, bu mərkəz eyni anda 1200 nəfəri qəbul edə bilir.

Ukraynanın müdafiə nazirinin müavini Yevhen Moysyukun sözlərinə görə, təlim mərkəzi Avropa tərəfdaşlarının, xüsusilə Norveçin dəstəyi ilə yaradılıb.

Mərkəzin məqsədi ukraynalı hərbiçilərin hazırlığını təmin etmək və onlarla NATO hərbçiləri arasında döyüş təcrübəsi mübadiləsini gücləndirməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
3
apa.az

4Sources