EN

İsrail ordusu Livanda Hizbullah ın hərbi obyektinə zərbələr endirdi

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

İsrail Müdafiə Ordusu (SAXAL) bir müddət əvvəl Livanın cənubunda "Hizbullah"ın atəş və müdafiə sistemlərinin idarə edildiyi məntəqəyə zərbələr endirib.

Oxu.Az bu barədə SAXAL-ın Mətbuat Xidmətinə istinadla xəbər verir.

Hücum zamanı silah anbarları, hərbi tikililər və yeraltı infrastruktur obyektləri hədəfə alınıb.

"Bu məntəqədə terror fəaliyyəti aşkar edilmişdi", - deyə məlumatda qeyd edilib.

O da vurğulanıb ki, belə bir obyektin mövcudluğu, həmçinin orada həyata keçirilən terror fəaliyyəti İsrail və Livan arasında atəşkəs barədə razılaşmaların pozulmasıdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
4
oxu.az

5Sources