EN

ABŞ Venesuelanı ələ keçirməyə hazırdır - KİV

Amerika hərbçiləri narkotik kartellərinə qarşı mübarizə çərçivəsində Venesuelada bir neçə obyekti ələ keçirmək üçün əməliyyata başlamağa hazırdırlar.

"Unikal" xəbər verir ki, bu barədə "The Washington Examiner" nəşri məlumat dərc edib. 

"Hərbi strateqlər hesab edirlər ki, hazırda yığılmış qüvvələr Venesuelada limanlar və aerodromlar kimi əsas strateji hədəfləri ələ keçirmək və saxlamaq üçün kifayətdir", - nəşr yazır.

Qəzet yazır ki, ABŞ-nin ölkədəki hərbi gücü narkotik kartellərinə qarşı əməliyyatlar üçün tələb olunandan “xeyli dərəcədə böyükdür”.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ABŞ narkotik kartelləri ilə silahlı münaqişədə iştirak edir.

Chosen
12
unikal.az

1Sources