EN

Nazir: Tələb və təklif yalnız rəqabət mövcud olduqda düzgün formalaşır

Bakı, 3 oktyabr, AZƏRTAC

Azərbaycanın iqtisadi inkişafında rəqabət qabiliyyətliliyin güclənməsi, texnologiyaların tətbiqi və beynəlxalq nüfuzun artması mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Milli Rəqabət Forumunda bildirib.

Nazir qeyd edib ki, Azərbaycanda iqtisadiyyatın texnoloji modernləşməsi və rəqabət qabiliyyətinin yüksəlməsi müşahidə olunur.

“Bunun nəticəsində həm yerli, həm də xarici investorlar üçün əlverişli şərait formalaşır, Azərbaycan iqtisadiyyatına marağın artması regional inkişaf üçün də yeni imkanlar açır. Bazar iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi rəqabətdir. İqtisadiyyata prizmamızdan baxanda görürük ki, tələb və təklif yalnız rəqabət mövcud olduqda düzgün formalaşır. İnnovasiya və məhsuldarlıq isə məhz sağlam rəqabət mühitinin təminatı ilə mümkün olur”, - deyə Mikayıl Cabbarov əlavə edib.

Chosen
12
7
azertag.az

8Sources