Almaniyanın Münhen şəhərində yerləşən beynəlxalq hava limanı hava məkanında pilotsuz uçan aparatların (dronların) müşahidə olunmasından sonra uçuşları dayandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Hava limanı rəsmiləri bildiriblər ki, ən azı 17 reys ləğv edilib.
Vəziyyətdən isə təxminən 3 min sərnişin təsirlənib.
15 təyyarə Ştutqart, Nürnburq, Vyana və Frankfurt şəhərlərinə yönləndirilib.