EN

ÇL-də həftənin ən yaxşısı adına namizəd olan “Qarabağ”lının qolunu izləyin - VDEO

UEFA rəsmi saytı vasitəsi ilə Çempionlar Liqasında Liqa mərhələsinin 2-ci turunun oyunlarından sonra həftənin ən yaxşı qolu nominasiyasına namizədləri açıqlayıb.

Sportinfo.az xəbər verir ki, namizədlər sırasında "Qarabağ"ın vingeri Emmanuel Addainin "Kopenhagen"in qapısına vurduğu qol da yer alıb.

Addainin rəqibləri isə "Mançester Siti"dən Erlinq Haaland, "Monako"dan Cordan Teze, PSV-dən İsmael Saibaridir.

Qalib UEFA-nın saytında keçirilən səsvermədə müəyyənləşəcək.

"Qarabağ" - "Kopenhagen" görüşündə Ağdam təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

Emmanuel Addainin qolunu aşağıdakı videonun 7.40 dəqiqəsindən izləyə bilərsiniz:

Chosen
15
sportinfo.az

1Sources