EN

Xəzər dənizində brokonyerlər saxlanılıblar

Ekoloji cinayətlərin və ekoloji təhlükəsizlik əleyhinə olan inzibati xətaların qarşısının alınması, su bioresurslarının mühafizəsinə nəzarəti gücləndirmək məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Herbiand.az-a verilən məlumata görə, idarənin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti tədbir zamanı Lənkəran rayonunda, Xəzər dənizinin su ərazisində qanunsuz balıq ovu ilə məşğul olan A. Salayev və Ə. İslamov saxlanılıblar.

Baxış zamanı həmin şəxslərdən 183 ədəd müxtəlif növ balıqlar və ov alətləri götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Xəzər dənizində, xidməti ərazi olan qoruq, milli park və su hövzələrində su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin olunması məqsədilə su polisləri tərəfindən müvafiq dövlət qurumları ilə birgə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Chosen
22
26
herbiand.az

10Sources