EN

Fatimənin açıqlamasına qızından reaksiya

Axsham.az saytından alınan məlumata görə, ain.az bildirir.

Rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkədə ona tənqid yazan istifadəçilərə cavab verib.

Axşam.az xəbər verir ki, sənətçi həmin şəxslərin sifarişlə mənfi fikirlər yazdığını bildirib:

"Şərh yazanların ağzını yummaq mümkün deyil. Şərhləri oxumuram, əsəbiləşmirəm. Amma övladlarım oxuyur. Niyə sizə görə uşaqlarım əsəb olmalıdır? Siz evinizdən, ailənizdən xəbəri olmayanlarsınız. Lazımsız insanlar telefon arxasında şirə dönür. Sizə buna görə pul verirlər? Bilirəm ki, bunlar pulsuzluqdandır. Sizin işiniz, peşəniz olsa, oturub orada yazmazsınız.

Bəziləri də mənim düşmənlərimin zibilidir. Niyə içinizdəki neqativi mənim videolarıma yazırsınız? Əl çəkin, nə istəyirsiniz? Kimin çörəyini, ərini əlindən almışam? Kimə pislik etmişəm? Başımı salıb aşağı öz həyatımı yaşayır, övladlarımı, nəvələrimi böyüdürəm. Nə istəyirsiniz? Niyə övladlarım mənə görə utanmalıdır? Onları pozğunçuluqla yox, əməklə böyütmüşəm".

Qızı Aydan isə Fatimənin paylaşımına şərh yazaraq "Kimin nəyi yoxdur həmişə ən çox ondan danışır. Qeyrətdən, namusdan bağıranlar əslində ondan uzaq insanlardır. Ana, səninlə fəxr edirəm" sözlərini qeyd edib. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
axsam.az

1Sources