"Ermənistandan Azərbaycana dəmir yolunun tikintisi ən azı iki il davam edə bilər”.
Avtosfer.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşanın “TVP World” kanalına müsahibəsində danışıb.
“Dəmir yolu əlaqəsinə gəldikdə, ekspertlərin qiymətləndirməsinə əsasən, onun tikintisi ən azı iki il vaxt tələb edə bilər. Lakin biz Ermənistanla Azərbaycan arasında əlaqələrin tezliklə inşasında, açılmasında və bərpa edilməsində çox maraqlıyıq, çünki bundan əsas faydalanan tərəflərdən biriyik. Biz həmçinin Azərbaycan ərazisindən və infrastrukturundan istifadə edərək yüklər göndərə və qəbul edə bilərik”, – Mirzoyan qeyd edib.