EN

Milyarder İbrahim Süleymanov Moskvada həbs edilib

Rusiyalı milyarder İbrahim Süleymanov Moskvada saxlanılıb. O, qətldə şübhəli bilinir.

Olaylar.az bildirir ki, Baza-nın məlumatına görə, iş adamı oktyabrın 2-nə keçən gecə saxlanılıb. O,  əvvəlki illərdə baş vermiş hadisələrlə bağlı qətldə ittiham olunur. O, hazırda həbsdədir və müstəntiqlər onun barəsində həbs-qətimkan tədbiri seçilməsini xahiş etmək niyyətindədirlər.

İ.Süleymanov müasir Rusiyanın ən müəmmalı və nüfuzlu oliqarxlarından biri hesab olunur. O, əvvəllər dələduzluq və çirkli pulların yuyulmasında təqsirli bilinsə də, həbsdən sonra da öz nüfuzunu və hakimiyyətini qoruyub saxlaya bilib. O, əvvəllər dövlətə məxsus olan "Sirena-Travel" aviaşirkətinin bron sisteminə nəzarət edirdi və əsas sektorlarda - nəqliyyat, aviasiya və informasiya texnologiyalarında nüfuz sahibi idi.

İbrahim Ameyeviç Süleymanov 29 may 1967-ci ildə Dağıstan Respublikasının Rutul kəndində anadan olub. Süleymanovun yüksəlməsində onun ailə əlaqələri də mühüm rol oynayıb. O, Mixail Xodorkovskinin keçmiş biznes ortağı Platon Lebedevin kürəkənidir. Onun oğlu Rəsul Süleymanov formal olaraq "Sirena"nın ortaq sahibi sayılır, lakin atasının maraqlarını təmsil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
29
1
olaylar.az

7Sources