Danışıqları çətinləşdirən amillərdən biri Aİ-nin Hindistandan avtomobil idxal rüsumlarını azaltmaq tələbidir. Bu, may ayında Hindistanın Britaniyaya verdiyi güzəştlərə bənzərdir. Lakin ABŞ-ın tarif kampaniyası səbəbindən həm Aİ, həm də Hindistan alternativ ticarət tərəfdaşları axtarır.
Hindistan və Aİ 6-10 oktyabrda Brüsseldə 14-cü raund sərbəst ticarət razılaşması danışıqlarını keçirəcək. Hindistanın Xarici İşlər naziri Subramanyam Jayşankar bildirib ki, tərəflər sazişlə bağlı məsələlərin yarısından çoxunu müzakirə edib və ilin sonuna qədər prosesi başa çatdırmağı hədəfləyirlər.
Qeyd edək ki, Hindistan və Aİ 2007-ci ildən sərbəst ticarət razılaşması üzrə danışıqlar aparır, lakin 2013-cü ildə əqli mülkiyyət hüquqları, IT sektorunda informasiya təhlükəsizliyi və avtomobillərin bazara çıxışı ilə bağlı fikir ayrılıqları səbəbindən proses dayandırılmışdı. Danışıqlar 2022-ci ildə bərpa olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31