EN

KİV: Britaniya artıq Ukraynaya Rusiya ərazisinə dərin zərbələr endirməkdə kömək edir

Böyük Britaniya artıq Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinə zərbələr endirməkdə kömək edir...

Poliqon bu barədə Financial Times nəşrinə istinadən xəbər verir.

Qəzet yazır: “Böyük Britaniya artıq Kiyevə Rusiya ərazisinə bir neçə dərin zərbə endirməkdə kömək edir”.

Bu fonda Vaşinqton NATO müttəfiqlərini Ukraynaya kəşfiyyat yardımını genişləndirməyə sövq edir.

Bundan əvvəl The Wall Street Journal xəbər vermişdi ki, Tramp administrasiyası ilk dəfə olaraq Rusiyadakı enerji obyektlərinə raket zərbələri endirmək üçün Ukraynaya kəşfiyyat məlumatı verməyə hazırdır. Nəşrin mənbələrinin məlumatına görə, “Tomaqavk” və “Barakuda” da daxil olmaqla uzaqmənzilli raketlərin tədarükü imkanları da müzakirə olunur.

Poliqon.info

Chosen
17
poliqon.info

1Sources