EN

Qazaxıstanın enerji sektoruna 9 milyard dollar investisiya qoyulur

ain.az, Reyting.az portalına istinadən məlumat verir.

İkitərəfli müqavilələr əsasında Qazaxıstanın neft-qaz sektoruna 9 milyard dollar investisiya cəlb edilib.Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu bu gün Astanada başlayan 16-cı “KAZENERGY” Avrasiya Forumunda ölkənin Energetika naziri Yerlan Akkenjenov deyib.Onun sözlərinə görə, Qazaxıstan beynəlxalq enerji sistemində mühüm həlqədir: “Bunun üçün bizə lazım olan hər şey var: bol neft, qaz, kömür və bərpa olunan enerji ehtiyatları. Həmçinin bu resursların inkişafı üçün zamanla sınaqdan keçirilmiş əlverişli investisiya mühiti mövcuddur”.Qeyd edək ki, 16-cı “KAZENERGY” Avrasiya Forumunda 50-dən çox ölkədən 300-dən artıq şirkəti təmsil edən 2500 nümayəndə iştirak edir. Heyətlərə beynəlxalq enerji təşkilatlarının, iri neft-qaz korporasiyalarının rəhbərləri və energetika nazirləri daxildir.V. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
5
1
reyting.az

2Sources