EN

17 il əvvəl oğurlanmış avtomobil indi tapılıb: sahibinə qaytarılacaq

2008-ci ildə Moskvada oğurlanmış “Toyota RAV4” markalı avtomobil İrkutskda aşkar edilib.

Herbiand.az bildirir ki, bu barədə yerli polis orqanı məlumat yayıb.

Məlumata görə, avtomobil bu ilin yazında yenidən qeydiyyata alınması cəhdi zamanı müəyyən edilib. Müfəttişlər avtomobilin identifikasiya nömrəsində (VIN) dəyişiklik əlamətlərini görüblər.

Orijinal VIN-müəyyənləşdirmək və əsl sahibini aşkarlamaq üçün Daxili İşlər Nazirliyinin Baş İdarəsinin İnterpol agentləri Yaponiya İnterpolu ilə əlaqə saxlayıblar. Bu, onlara avtomobilin ban nömrəsi və mühərriki üçün orijinal VIN-i müəyyən etməyə kömək edib.

Sonradan məlum olub ki, avtomobilin qanuni sahibi 63 yaşlı Moskva sakinidir.

Polis nəqliyyat vasitəsini sahibinə qaytarmaq üçün çalışır.

Bəxtiyar CƏFƏRLİ

Chosen
32
herbiand.az

1Sources