EN

Türkiyədə fabrikdə 32 nəfər zəhərləndi

Türkiyənin Bartın şəhərində 32 nəfər qazdan zəhərlənib.

7News.Az bu barədə "Haber Global"a istinadən xəbər verir.

Qeyd olunur ki, 1000 nəfərin işlədiyi kauçuk fabrikində yeni avadanlıq quraşdırılıb. 16:00-dan gecəyarısına qədər işləyən həmin qurğudan qaz sızması nəticəsində 32 nəfər zəhərlənib.

İşçilər ürəkbulanma, qusma, başağrısı kimi şikayətlərlə təcili yardım və şəxsi avtomobillərlə şəhər xəstəxanalarına aparılıblar. Tibbi yardım göstərildikdən sonra onlardan 26-sı evə buraxılıb, altısı isə xəstəxanada müalicə alır.

Hadisə ilə bağlı araşdırma aparılır.
 
 
 

Chosen
20
2
7news.az

10Sources