"Qəbələ"nin futbolçusu Salihu Nasiru hazırda Nigeriya yığmasının heyətində U-20 Dünya çempionatında çıxış edir.
Offsideplus.az xəbər verir ki, o, turnirdə 2-ci görüşünü keçirib.
Nigeriya milli komandasının Səudiyyə Ərəbistanı 3:2 hesabı ilə məğlub etdiyi görüşdə S. Nasiru 1 qol və 1 məhsuldar ötürmə ilə oynayıb.
İlk görüşəndə uduzan "qartallar" hazırda 3 xalla F qrupunda 3-cü yerdədir. Onlar son turda Kolumbiya ilə üz-üzə gələcək.