EN

Baş məşqçidən rəhbərliyə şikayətə getdilər - Bizi təhqir edir

«Qəbələ»də Kaxaber Sxadadzedən şikayət var.

Komandanın bir çox futbolçusu baş məşqçidən narazılığa qalxıb.

Bura həm yerlilər, həm də legionerlər daxildir. Onlar klub rəsmiləri ilə görüşərək, gürcü çalışdırıcıdan öz giley-güzarlarını ediblər.

Əyalət təmsilçisinin oyunçularını bu hala gətirən Sxadadzenin tez-tez təhqiramiz ifadələrə «üz tutmasıdır».

Belə ki, 2024-cü ilin martından «qırmızı-qaralar»la işləyənmütəxəssis sərəncamındakılarla bəzən pis rəftar eləyir: istər oyunlar, istər məşq vaxtı aşağılayıcı formada sözlər işlədir, «dişinin dibindən çıxanı» söyləyir.

Bu hadisə dəfələrlə təkrarlandığından, futbolçular çarəni funksionerlərin qapısını döyməkdə və kömək istəməkdə görüb.

Cavab? İdarəçilər, təbii ki, narazılıq selinə biganə qalmayıb.

Reaksiya veriblər. Futbolçulara bildirilib ki, narahat olmasınlar, özləri baş məşqçi ilə görüşüb, ümumi vəziyyəti onun diqqətinə çatdıracaqlar.

SPORTİNOF.AZ

Chosen
8
sportinfo.az

1Sources