EN

Aktrisa Yana Troyanova beynəlxalq axtarışa verilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiya İstintaq Komitəsi aktrisa Yana Troyanova barəsində cinayət işinin araşdırılmasını başa çatdırıb və onun barəsində beynəlxalq axtarış elan edib.
Oxu.Az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə RF İstintaq Komitəsi məlumat yayıb.
Məlumatda deyilir:
"Aktrisa Yana Troyanova barəsində cinayət işinin araşdırılması başa çatıb. O, xarici agentlər, ekstremistlər və terrorçular reyestrinə daxil edilib. Troyanovanın sözləri milli əlamət üzrə rusların şərəf və ləyaqətinin alçaldılmasına yönəlib. Aktrisa barəsində beynəlxalq axtarış elan edilib".
Chosen
31
1
oxu.az

7Sources