EN

Sosial müavinətlərlə bağlı VACİB AÇIQLAMA

ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Müddətli həqiqi hərbi xidmətdə olan hərbçilərin sosial təminatı daim ictimaiyyətin diqqət mərkəzindədir. Onların ailə üzvlərinə, xüsusilə də uşaqlarına ödənilən müavinətlərin məbləği, davamlılığı və gələcəkdə artırılıb-artırılmayacağı ilə bağlı suallar tez-tez gündəmə gəlir. Bəs bu istiqamətdə hansı hüquqi mexanizmlər mövcuddur və perspektivdə dəyişikliklər mümkündürmü?

Bakıvaxtı.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, hazırda müavinətlərin indeksləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmayıb:

“Pensiyaların indeksləşdirilməsi var, amma müavinətlərdə belə bir mexanizm mövcud deyil. Müavinətlərin artırılması Prezidentin səlahiyyətindədir və bu, sərəncamlarla tənzimlənir. Hökumət hər bir müavinəti konkret məqsədlə verir və onun məbləğini də bu məqsədlərə uyğun olaraq müəyyənləşdirir. Məsələn, bəzi müavinətlər ictimai nəqliyyatda istifadə imkanlarına əsaslanaraq hesablanır. Burada büdcə imkanları əsas rol oynayır. Dövlətin büdcəsi limitsiz deyil, buna görə də artırımlar yalnız imkanlar daxilində mümkündür”.

Ekspert qeyd edib ki, gələcəkdə müavinətlərin artırılması və ya yeni mexanizmlərin tətbiqi istisna edilmir:

“Əgər sosial müavinətlərin verilmə əsasları genişlənsə və ya hökumətin imkanları artsa, Prezidentin qərarı ilə müavinətlərin artırılması mümkündür. Bu günədək də bir neçə dəfə müavinətlərin artırılması ilə bağlı qərarlar qəbul olunub”.

Xalid Kərimli onu da əlavə edib ki, əsgərin vəfatı və ya itkin düşməsi halında həmin ödəniş dayandırılsa da, ailə başçısını itirməyə görə ayrıca müavinət mexanizmi mövcuddur və bu halda həmin rejim işə düşür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
9
7
bakivaxti.az

8Sources