EN

“Bayraqdar Teknoloji Azərbaycan” PUA istehsalına başladı

Türkiyənin “Baykar Makina” şirkətinin yerli törəməsi “Bayraqdar Teknoloji Azərbaycan” MMC pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlayıb.

NOCOMMENT.az xəbər verir ki, müəssisə istehsalı İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkında həyata keçirir.

Məhsullar hələ ki, daxili bazar üçün nəzərdə tutulub.

Qeyd edək ki, “Bayraqdar Teknoloji Azərbaycan”a Sumqayıt Sənaye Parkının rezidenti statusu bu ilin may ayında verilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ” Bayraqdar Teknoloji Azərbaycan”ı 2022-ci ildə dövlət qeydiyyatına alıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva küçəsi, 115, nizamnamə kapitalı 1,7 milyon manat, qanuni təmsilçisi isə Türkiyənin “Baykar Makina” şirkətinin sahə koordinatoru Hüseyn Topuzdur.

“Baykar Makina” ” Bayraqdar” PUA-larının istehsalı ilə məşğuldur. Azərbaycan ordusunun 2020-ci ildəki Vətən Müharibəsində geniş tətbiq etdiyi bu PUA-ların yaradıcısı Selçuk Bayraktardır. O, həm də “Baykar Savunma” şirkətinin texniki direktorudur.

Chosen
13
20
nocomment.az

10Sources