EN

Yuxunu yaxşılaşdıran təbii içki açıqlanıb

Daily Mirror yazır ki, çobanyastığı çayı yuxusuzluqdan qurtulmağa kömək edə bilər.

E-saglam.az xəbər verir ki, Amerikalı dietoloq Bet Çervoninin sözlərinə görə, çobanyastığı çayı yüngül təbii sakitləşdirici vasitə hesab olunur. O, yuxusuzluqla mübarizədə və ümumi sağlamlığın möhkəmləndirilməsində faydalıdır. Mütəxəssis vurğulayıb ki, optimal effekt üçün yatmazdan əvvəl bir fincan çobanyastığı çayı kifayətdir.

Çobanyastığının tərkibində apigenin adlı təbii birləşmə var. Bu maddə narahatlığı azaldır, əzələləri boşaldır və rahat yuxuya kömək edir.

Bundan əlavə, bitki digər bioloji aktiv maddələr sayəsində də terapevtik təsir göstərir. Çobanyastığı flavonoidlər baxımından zəngindir. Bu maddələr güclü antioksidant kimi hüceyrələri zədələnmədən qoruyur.

Dietoloq əlavə edib:

Çobanyastığındakı terpenoidlər immun sistemini dəstəkləyir və iltihab əleyhinə təsir göstərir.

Kumarinlər qan dövranını yaxşılaşdırır və təzyiqi tənzimləməyə kömək edir.

Bundan başqa, çobanyastığı qaraciyərin qorunmasına da müsbət təsir edir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
7
e-saglam.az

1Sources