EN

“Dövlət satınalmalarında eyni mal əvvəlkindən ucuz alınır” Agentlik rəsmisi

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycanda hazırda dövlət satınalmalarında eyni məhsul əvvəlkindən daha aşağı qiymətə alınır.

"Report" xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin müşaviri Cəfər Babayev Bakıda keçirilən II Milli Rəqabət Forumu çərçivəsində "Müasir rəqabət çağırışları və dəyişən siyasət: Rəqabət siyasətinin iqtisadi inkişafda rolu" mövzusunda panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, bununla belə məhsulun həcmi və keyfiyyəti eyni qalıb: "Dövlət satınalmaları haqqında" yeni qanun qəbul edildikdən, yeni normalar qüvvəyə mindikdən sonra satınalmaların həcmi eyni qalsa da onun dəyəri azalıb. Son nəticədə qənaət formalaşıb. Bununla belə, qənaətin kiməsə pul ayrılmaması, yaxud pul verilməməsi ilə əlaqələndirilməsi düzgün deyil. Biz maliyyə vəsaiti ayıran deyil, nəzarətedici orqanıq. Funksiyamız da dövlət satınalmalarına nəzarətdən ibarətdir. Yəni satınalma zamanı qanun düzgün icra olunmursa, bu faktı qeydə almaq bizim işimizdir".

Agentlik rəsmisi əlavə edib i, ünsiyyətdə olduqları dövlət müəssisələrinin və şirkətlərin ən böyük problemi qurumun davranışı və qanunla bağlı deyil: "Problem ondan ibarətdir ki, satınalma prosesini idarə edə biləcək mütəxəsislər çatışmır. Bu, sonda ya gecikmə ya da ümumiyyətlə müsabiqənin ləğvi ilə nəticələnir".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
6
azpolitika.info

8Sources