EN

Milli mətbuatın 150 illiyi yubiley medalına namizədlər müəyyənləşdirilib - FOTO

Azərbaycan Mətbuat Şurası (MŞ) İdarə Heyətinin iclası keçirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Şura məlumat yayıb.
 
İclasda müzakirə edilən ilk məsələ MŞ sədrinin İdarə Heyətinin son iclasından indiyədək görülmüş işlərlə bağlı məlumatı olub.
 
Sədr Rəşad Məcid deyib ki, MŞ "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalına namizədləri müəyyənləşdirib və Medianın İnkişafı Agentliyinə (MEDİA) təqdim edib.
 
MŞ sədri eyni zamanda bidirib ki, Şura fəaliyyətində media müstəvisində, ümumən informasiya yayıcılığı prosesində nəzərə çarpan mənfi tendensiyalara da münasibətini açıqlayır.
 
Qurum ötən müddətdə informasiyanın, jurnalist təqdimatının cəmiyyətdə bölücülük yaratmamalı olduğuna dair tövsiyə mətni yayıb.
 
Daha sonra MŞ-nin icraçı katibi Əvəz Rüstəmov quruma müraciətlərlə bağlı məlumat verib.
 
O, ümumilikdə 6 şikayət üzrə Şura Katibliyinin həyata keçirdiyi işlərdən söz açıb və bildirib ki, həmin şikayətlərdən biri Şikayətlər üzrə Komissiyanın müzakirəsinə təqdim olunacaq. Digər beş məsələ üzrə isə şikayətçilərlə cavabdehlər arasında anlaşma əldə olunub.
Chosen
25
14
moderator.az

10Sources