AZ

Mətbuatın 150 illiyi medalına namizədlər müəyyənləşdirildi

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib.

Şuradan Ucnoqta.az-a verilən xəbərə görə, MŞ sədri Rəşad Məcid gündəliyi elan edib. Gündəlik səsə qoyularaq qəbul edilib.

Şura sədri deyib ki, MŞ “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalına namizədlərini də müəyyənləşdirib və Medianın İnkişafı Agentliyinə təqdim edib.

Rəşad Məcid bildirib ki, Şura fəaliyyətində media müstəvisində, ümumən informasiya yayıcılığı prosesində nəzərə çarpan mənfi tendensiyalara da münasibətini açıqlayır. Qurum ötən müddətdə informasiyanın, jurnalist təqdimatının cəmiyyətdə bölücülük yaratmamalı olduğuna dair tövsiyə mətni yayıb.

MŞ-nin icraçı katibi Əvəz Rüstəmov quruma müraciətlərlə bağlı məlumat verib. O, ümumilikdə 6 şikayət üzrə Şura Katibliyinin həyata keçirdiyi işlərdən söz açıb və bildirib ki, həmin şikayətlərdən biri Şikayətlər üzrə Komissiyanın müzakirəsinə təqdim olunacaq. Digər beş məsələ üzrə isə şikayətçilərlə cavabdehlər arasında anlaşma əldə olunub.

Toplantıda MŞ-nin Beynəlxalq əlaqələr komissiyasının sədri Müşfiq Ələsgərlinin İdarə Heyətinin üzvü Yadigar Məmmədli ilə birgə qatıldığı Avropa Müstəqil Mətbuat Şuraları Alyansının (AİPCE) illik toplantısı ilə bağlı bağlı məlumatı da dinlənilib.

İclasda baxılan sonuncu məsələ isə MŞ-yə yeni üzvlərin qəbulu oldu. Müzakirələrdən sonra “Sport Time” jurnalı, “Citypost.az”, “Oxu24.com”, “İqtisadiyyat.az” və “Crossmedia.az” saytları Şuraya üzv qəbul ediliblər.

Seçilən
12
14
ucnoqta.az

10Mənbələr