EN

Belçikada HƏYƏCAN: Hərbi baza üzərində naməlum PUA-lar AŞKARLANDI

Bu gün Belçikanın şərqində yerləşən hərbi bazanın üzərində təxminən 15 pilotsuz uçuş aparatı (PUA) müşahidə olunub.

Musavat.com xəbər verir ki, bu barədə VRT məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə yerli vaxtla saat 01:45 radələrində Almaniya sərhədi yaxınlığında, Liej əyalətindəki NATO-ya məxsus "Elzenborn" hərbi təlim zonasında qeydə alınıb.

Hərbi rəsmilərin açıqlamasına görə, PUA-lar hava məkanının izlənilməsi sistemlərinin sınaqları zamanı aşkarlanıb. İlkin ehtimallara görə, dronlar Belçika ərazisindən Almaniyaya keçib. Daha sonra PUA-lar sərhədin digər tərəfində, Düren şəhəri yaxınlığında da görünüb.

Musavat.com

Chosen
5
1
musavat.com

2Sources