EN

Bu gün Azərbaycanın 2 Milli Qəhrəmanının anım günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanları Əliyar Əliyev və Yuri Kovalevin anım günüdür.

Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub.

Qarabağ müharibəsi başlayandan sonra Əliyar Əliyev könüllü olaraq cəbhəyə ilk gedənlərdən olub.

1992-ci ilin aprel ayında Əliyar Əliyev batalyon komandiri təyin edildi. O, Ermənistanla sərhəddə müdafiəni gücləndirmək üçün əməliyyat tədbirləri həyata keçirib.

Yuri Petroviç Kovalev (Çornı) 29 may 1965-ci ildə Göyçay rayonunda anadan olub. 1972-ci ildə Yuri ailəsi ilə Rusiyanın Krasnodar vilayətinə köçüb, beş ildən sonra isə Bakıya qayıdıb. 1983-1985-ci illərdə Sovet Ordusu sıralarında xidmət edib.

Doğma Azərbaycan üçün çətin günlər başlayan kimi o, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis bölmələrinə qoşulub.

Ruhları şad olsun...

Chosen
22
anspress.com

1Sources