Olaylar.az xəbər verir ki, bu barədə VRT məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə yerli vaxtla saat 01:45 radələrində Almaniya sərhədi yaxınlığında, Liej əyalətindəki NATO-ya məxsus "Elzenborn" hərbi təlim zonasında qeydə alınıb.
Hərbi rəsmilərin açıqlamasına görə, PUA-lar hava məkanının izlənilməsi sistemlərinin sınaqları zamanı aşkarlanıb. İlkin ehtimallara görə, dronlar Belçika ərazisindən Almaniyaya keçib. Daha sonra PUA-lar sərhədin digər tərəfində, Düren şəhəri yaxınlığında da görünüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31