EN

Sabah bu ərazilərdə işıq olmayacaq

Sabah Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq.

"Azərişıq" ASC-nin Naxçıvan RETSİ-dən News24.az-a verilən məlumata görə, payız-qış mövsümünə hazırlıq çərçivəsində 35/10 kilovoltluq "Sədərək" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Qəsəbə" hava elektrik verilişi xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar oktyabrın 4-də saat 10:00-dan 13:00-dək Sədərək rayonunun Heydərabad qəsəbəsində və Qaraağac kəndinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq.



Chosen
85
23
news24.az

10Sources